Çəyirtkə Efiopiyada milyonlarla insanı ac qoyacaq

Çəyirtkə Efiopiyada milyonlarla insanı ac qoyacaq

Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatına görə, çəyirtkələr 200 min hektar qida məhsulunu məhv edib, bu da 356 ton taxıl qıtlığına səbəb olacaqdır. 
 
Maide.Az xəbər verir ki, TRT-nin verdiyi məlumata görə, hesabatda Efiopiya əhalisinin aclıq təhlükəsi ilə üzləşdiyi və təcili yardıma ehtiyac olduğu bildirilir.
 
FAO-nun Efiopiyadakı nümayəndəsi Fatuma Seyid, çəyirtkə işğalı dünyanın "Kovid-19" pandemiyasının fəsadları ilə mübarizə apardığı dövrə təsadüf edib və buna görə də maksimum səy göstərmək, zərər çəkmiş əhalinin həyatını qorumağın vacib olduğunu bildirib.
 
Qeyd edək ki, Şərqi Afrika və Yaxın Şərq bir neçə aydır görünməmiş dərəcədə çöl çəyirtkəsinə qarşı mübarizə aparır. Çəyirtkələr gündə 150   km məsafə qət edə bilir. Sürüdə 1 kvadratkilometrə 40-80 milyon çəyirtkə düşür ki, onlar da 24 saata 35 min adam üçün kifayət edə biləcək qida miqdarını məhv edirlər.

Google+ WhatsApp ok.ru