'̉Kanal 12' televiziyası  Türksat  peyki vasitəsilə yayıma başlayıb

'̉Kanal 12' televiziyası Türksat peyki vasitəsilə yayıma başlayıb

 “Kanal 12” televiziyası aprel ayının 16-dan "Türksat" peykində yayıma başlayıb.
 
Kanalın baş direktoru Yunus Tran Maide.Az- a açıqlamasında  kanalın yenidən fəaliyyətə başlaması xəbərini təsdiqləyib. . 
 
Y.Turan deyib ki, Türkiyədə Əhli-beyt (ə) dostlarının səsi olan “Kanal12”  Azərbaycan və Türk dillərində verlişlərini bu gündən peyk vasitəsilə yayımlayacaq. 
 
“Kanal 12 Əhli-beyt (ə) maarifini yayımlamaq üçün xidmət göstərirdi.  Dövlətimizin və millətimizin birliyini və həmrəyliyini həmişə  vurğulayan kanalımızın açılmasını səbirlə gözlədik.  Dövlətimzin sonda kanalın açılması qərarı verməsi sevindircidir.  Əməyi keçən hər kəsə təşəkkür edirik”.
 
Qeyd edək ki, cari ilin yanvar ayında “Kanal 12” televiziyası  online formatda test yayımını başlamışdı. 
 
“Birliyin Səsi” şüarı ilə  efirə qayıdan "Kanal 12" ekranlarında nələr olacaq?
 
İslam, tarix, ailə, hüquq, xüsusi gündəmlər, musiqi, mədəniyyət və incəsənət, iqtisadiyyat, uşaq və gənclik, bədii film vəseriallar, sənədli filmlər kimi proqramlarla Türk və İslam dünyasında birlik və qardaşlıq paylaşmağı hədəfləyir. 
 
Kanal 12 bu dəfə uşaqları da unutmayıb. Belə ki, Kanal 12 Uşaq Klubu adlı verlişdə üzvlük sistemi ilə 5-15 yaş arası uşaqların təyin olunacaq mövzularla əlaqədar düşüncələrini görüntülü olaraq proqramda yayımlanmasını hədəfləyir. 
 
Telekanal aşağıdakı yayım tezliklərindən yayımlanır: 
 
Peyk: Türksat 4A
Dərəcə: 12265
Doğruluq: 27500
Vertikal +
 
“Kanal 12”ni yenidən fəaliyyətə başlaması münasibətilə təbrik edirik.

 

Google+ WhatsApp ok.ru