Ərəbistan, Bəhreyn və BƏƏ-də insan hüquqları açıq şəkildə tapdalanır

Ərəbistan, Bəhreyn və BƏƏ-də insan hüquqları açıq şəkildə tapdalanır

Avropanın "Front Line Defenders" təşkilatı Ərəbistan, Bəhreyn və BƏƏ-də insan hüquqları və məhbusların vəziyyətini mənfi qiymətləndirib.

 
Maide.Az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" kanalına danışan təşkilatın baş direktoru Endryu Anderson Ər-Riyad və Manamanın məhbuslara işgəncə verildiyini və BƏƏ-nin dünyanın ən böyük diktaturası olduğunu söyləyib.
 
Bəhreyndəki insan haqları vəziyyətinə toxunan Anderson, Manama rejiminin tutulanlara işgəncə verdiyini, etirazçılara təzyiq göstərdiyini və yüzlərlə adamın həbsxanaya salındığını qeyd edib.
 
Ərəbistandakı insan haqlarına gəlincə, Anderson bu ölkədə iki ildən çox müddətdə çoxlu sayda qadının həbs olunduğunu və bəzi məlumatlara görə bu qadınların işgəncələrə məruz qaldıqlarını və ədalətli mühakimə olunmadığını vurğulayıb.
 
Anderson BƏƏ-də hökumətin "tolerantlıq" şüarının həqiqət olmadığını vurğulayıb.
 
Anderson beynəlxalq ictimaiyyətin BƏƏ-də baş verənlərə və bu əmirliyin Yəmən müharibəsində iştirakına dözdüyünü söyləyib, çünki Qərb və Amerika insan haqları müdafiəçilərinin üzləşdiyi ciddi problem olan neftə daha çox əhəmiyyət verirlər.
 

Google+ WhatsApp ok.ru