Əfqanıstanda İŞİD-in liderlərindən biri ələ keçib

Əfqanıstanda İŞİD-in liderlərindən biri ələ keçib

Əfqanıstanda İŞİD terror təşkilatının “baş şura” üzvlərindən biri ələ keçib.
 
Bu barədə Əfqanıstanın Milli Təhlükəsizlik Şurası bəyanat verib.
 
Bildirilib ki, İŞİD terror təşkilatının Əfqanıstan qolu “Xorasan Şəbəkəsi” nun koordinatoru ələ keçib.
 
Əlavə edilib ki, İŞİD-in bu lideri Pakistan vətəndaşıdır.
 
Qeyd edək ki, Əfqanıstan iki həftə öncə İŞİD-in ölkədəki əsas lideri Əsləm Faruqi və onun iki yardımçısını ələ keçirdiyini bildirib.
 
Pakistan hökuməti rəsmi Kabildən bu şəxsin ekstradisiya edilməsini tələb edib. /Rakurs.tv
 

Google+ WhatsApp ok.ru