‘Ənsarullah’: Səudiyyə Ərəbistanı Yəmənin şimalına 800 muzdlu somalili döyüşçü gətirib 09 May 2020 10:15 Yəmən "Ənsarullah" hərəkatı Səudiyyə Ərəbistanının Yəmənin şimalına 800-dən çox Somali vətəndaşı gətirdiyini bildirib. Maide.Az "eastnews"a istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı 800 muzdlu somalili döyüşçünü əl-Cəvf əyalətinə köçürdüyünü söylədi. "Ənsarullah" hərəkatı məsələni BMT Qaçqınlar üzrə Ali Komissarlığına bildirdiyini söyləyib. Xatırladaq ki, Səudiyyə Ərəbistanı koalisiyası hər gün demək olar ki, Yəməni bombalayır. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səudiyyə koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 27 milyon əhalisi olan Yəmənin təxminən 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500 mindən çoxdur. Onların 460 mini uşaqdır. Yəməndə xalqın böyük dəstək verdiyi "Ənsarullah" hərəkatı hakimiyyətdədir və Səudiyyə koalisiyasına qarşı mübarizə aparır. Teqlər : #‘Ənsarullah’:,#Səudiyyə,#Ərəbistanı,#Yəmənin,#şimalına,#800,#muzdlu,#somalili,#döyüşçü,#gətirib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəməndə 2020-ci ilin ilk rübündə 195 nəfər öldürülüb, 311 nəfər yaralanıb Səudiyyə Ərəbistanı rejimi atəşkəsi bir gündə 60 dəfə pozdu
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'