Əfqanıstanda dəfn mərasimində bombalı hücum: 24 ölü, 68 yaralı

Əfqanıstanda dəfn mərasimində bombalı hücum: 24 ölü, 68 yaralı

 Əfqanıstanın şərqində Nanqarhar vilayətinin sözçüsü Ataullah Hoqyani "Anadolu" agentliyinə açıqlamasında bildirib ki, Hivadakı mühafizə komandanı Şeyx Əkrəmin dəfn mərasimində bombalı hücum təşkil olunub.
 
Maide.Az xəbər verir ki, Hoqyani, hücumda 24 nəfərin öldüyünü, 68 nəfərin yaralandığını deyib.
 
Ölənlər arasında Nanqarhar Rayon Şura vəkili Lala Xanın olduğunu söyləyən Hoqyani, yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğunu vurğulayıb.
 
Hücumu hələ üzərinə götürən olmayıb.

Google+ WhatsApp ok.ru