Ənsarullah Səudiyyə rejiminin koalisiyasının qərargahını raketlə vurdu

Ənsarullah Səudiyyə rejiminin koalisiyasının qərargahını raketlə vurdu

Yəmən ordusu və inqilabi xalq komitələrinin (Ənsarullah) qüvvələri mayın 21-i Səudiyyə rejiminin koalisiyasının Məarib əyalətindəki (Yəmənin şərqində yerləşir) Üçüncü Hərbi Dairəsinin qərargahına ballistik raket atıb.
 
Maide.Az "deyerler.org"a istinadla xəbər verir ki, Yəmən Press saytının verdiyi məlumata görə, raket hərbi bazaya dəqiq şəkildə düşüb və Məarib şəhəri boyunca eşidilən güclü partlayışa səbəb olub. Tələfatla bağlı hələlik açıqlama verilməyib.
 
Yəmən qüvvələri mayın 20-si də Qərb sahilindəki Hudeyda əyalətində səudiyyə rejiminin bir PUA-sını vuraraq, yerə salmışdı.
 

Google+ WhatsApp ok.ru