Əli Laricani Ayətullah Xameneinin müşaviri təyin olunub

Əli Laricani Ayətullah Xameneinin müşaviri təyin olunub

İranın sabiq parlament sədri Əli Laricani Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin müşaviri təyin olunub. 

Maide.Az xəbər verir ki, bu barədə Ayətullah Xameneinin dəftərxanası məlumat yayıb.   

Məlumata görə, Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei Əli Laricanini öz müşaviri və Məsləhət Şurasının üzvü təyin edilməsinə dair sərəncam imzalayıb. 

 Sərəncamda qeyd olunur: "Müxtəlif şöbələrdə işlədiyi müddətdə, xüsusən İslami Şura Məclisinin sədri kimi üç dövr  müddət ərzində keçirdiyi faydalı təcrübələrə görə, cənab Əli Laricani müşavir və Məsləhət Şurasının üzvü təyin edilsin." 

 Qeyd edək ki, Əli Laricani 2008-ci ildən 3 dövr  İran Parlamentinin sədri olub. 

Google+ WhatsApp ok.ru