Şəhid Qasim Süleymaninin ölümündə təqsirləndirilən şəxs edam olunacaq

Şəhid Qasim Süleymaninin ölümündə təqsirləndirilən şəxs edam olunacaq

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” briqadasının komandanı, general Qasim Süleymaninin ölümü ilə əlaqədar olaraq bir nəfər həbs olunub.
 
Maide.Az xəbər verir ki, bunu İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmaili bu gün keçirdiyi mətbuat konfransında deyib.
 
“Həbs olunan Seyid Mahmud Musəvi Məcd həm İsrail kəşfiyyatına, həm də ABŞ kəşfiyyatına işləyib. O, pul alaraq Qasim Süleymaninin gediş-gəlişi ilə bağlı məlumatları toplayıb və aidiyyəti üzrə ötürüb. Onun haqqında edam hökmü təsdiq olunub”, - deyə Q. İsmaili vurğulayıb.
 
Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ terroru nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və İraqın könüllü “Həşdi-Şaabi” qüvvələrinin komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər şəhid olub.  
 

 

Google+ WhatsApp ok.ru