’Quranda adı keçən heyvanların dastanları‘ adlı kitab tərcümə və çap edildi 11 İyun 2020 16:30 Xəbərlər Misrin tanınmış yazarı Əhməd Behcətin "Quranda adı keçən heyvanların dastanları" adlı kitabı bu ölkədə yenidən çap və nəşr edilib. Misrli incəsənətçi Eyhab Şakirin illüstrasiyası ilə dizayn edilmiş bu kitabı (قصص الحيوان في القرآن – Qisəsul-həyavan fil Quran) Misrin "Daruş-Şüruq" nəşriyyatı çap və nəşr edib. Bu kitabda müəllif Quranda adı keçən quş və heyvanların dastanlarını və həmçin Quranda peyğəmbərlərin dastanlarında adı keçən heyvanları araşdırıb. Həzrət Süleymanın (ə) dastanındakı Hüdhüd quşu və qarışqa, Habil və Qabilin dastanındakı Qarğa, Salehin dastanındakı dəvə, Həzrət İbrahimin (ə) diriltdiyi quşlar, Həzrət Yusifin (ə) dastanındakı canavar, Həzrət Yunis (ə) dastanındakı balıq, Bəni-İsrailin öldürdüyü inək, Əhsabi-Kəhfin iti, Əbrəhənin qoşunundakı fil və Əbabil quşları, mağaradakı göyərçin və sair dastanlar bu kitabda işıqlandırılıb. Qeyd edək ki, bu kitab İran İslam Respublikasında Məhəmməd Hüseyn Hüseyni Hairi tərəfindən Fars dilinə tərcümə və Arayan nəşriyyatı tərəfindən Abbas Abbasi Vəzinin illüstrasiyası ilə çap edilib İQNA / Teqlər : #’Quranda,#adı,#keçən,#heyvanların,#dastanları‘,#adlı,#kitab,#tərcümə,#və,#çap,#edildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İyunun 13 və 14-də havanın temperaturu yüksələcək - XƏBƏRDARLIQ Bu il Azərbaycanda 20,5 min ölüm olub