‘Twitter’də səsli mesajlar yazmaq imkanı əlçatan olacaq

‘Twitter’də səsli mesajlar yazmaq imkanı əlçatan olacaq

“Twitter” mikrobloqlar xidməti öz rəsmi hesabında səsli tvitlərin əlçatan olması haqda məlumat verib.
 
Maide.Az “ICTnews” a istinadən yazır ki, artıq xidmətin istifadəçiləri səsli mesajlar yazmaq imkanına malikdirlər. Hələ ki yenilik yalnız “iOS” platformasının idarəetməsi altında işləyən qurğular üçün əlçatandır.
 
 Səsli mesajın müddəti 140 saniyəyədək ola bilər. Bu limit həddini keçdikdə səsli mesaj bir neçə səsli tvitə bölünəcək.
 
Məlumata görə, səsli mesajlar tədricən başqa platformalarda da əlçatan olacaq.
 

Google+ WhatsApp ok.ru