Əhalinin məişət xərclərinin çoxu avtomobil təmirinə gedir

Əhalinin məişət xərclərinin çoxu avtomobil təmirinə gedir

2019-cu ildə əhalinin məişət xidməti xərcləri 1 milyard manatı keçib.
 
Dövlət Statistika Komitəsindən Turan-a verilən məlumata görə, il ərzində məişət xidmətlərinin dəyəri 3% artıb.
 
Vəsaitin böyük hissəsini (444,7 milyon manat) əhali şəxsi avtomobilin təmirinə və texniki xidmətə xərcləyib.
 
2019-cu ildə əhalinin bu xərcləri 3,8% artıb. DSK-nın məlumatına görə, yanvar ayının əvvəlində əhalinin şəxsi istifadəsində 1 milyon 20 minə yaxın avtomobil olub. 

Google+ WhatsApp ok.ru