Əfqan Sadıqov təcridxanada aclıq elan edib

Əfqan Sadıqov təcridxanada aclıq elan edib

 “Azel” Tv xəbər saytının  təsisçisi və redaktoru Əfqan Sadıqovun barəsində ibtidai istintaq başa çatıb.
 
Maide.Az "Turan"a istinadla xəbər verir ki, İyulun 10-da vəkil Elçin Sadıqovun iştirakı ilə müstəntiq Emin əliyev iş materiallarının məhkəməyə verildiyini bildirib. İstintaqın yekun qərarına əsasən Ə.Sadıqov  CM-in 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zorla tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham olunur və onu 5 ildən 10 ilədək azadlıqdan məhrum olunma təhlükəsi gözləyir. Bu barədə Turan-a onun xanımı Sevinc Sadıqova məlumat verib.
 
Onun sözlərinə görə, Ə.Sadıqov etiraz əlaməti olaraq iyulun 11-dən Bakı İstintaq Təcridxanasına aclıq aksiyası elan edib.
 
“Əfqan dedi ki, cinayət işinin saxtalaşdırılmasına, ailəsinə təzyiq göstərilməsinə etiraz olaraq ədalət zəfər çalana qədər aclıq aksiyası elan edir”, - S.Sadıqova qeyd edib.
 
O, həyat yoldaşının səhhətinə görə narahatdır, çünki aclıq onun immunitetini pozacaq ki, bu da koronavirus epidemiyası şəraitində təhlükəlidir.
 
Ə.Sadıqov mayın 13-də saxlanılıb. Binəqədi Rayon Məhkəməsi onu hədə-qorxu ilə tələb etmək ittihamı ilə 4 ay müddətinə həbs edib. Amma S.Muradovu həbsə almayıblar.
 
İstintaqın bildirdiyinə görə, Ə.Sadıqov Xəbərfakt.az nəşrinin redaktoru Sakit Muradov ilə birlikdə 10 min manat rüşvət alarkən cinayət başında saxlanılıb.
 
Əfqan Sadıqov bəzi məmurların  korrupsiya və kriminalda əli olması barədə qalmaqallı yazıları ilə tanınır. 

Google+ WhatsApp ok.ru