Əfqanıstan və Pakistan sərhədçiləri arasında atışma baş verib, azı 8 ölü var

Əfqanıstan və Pakistan sərhədçiləri arasında atışma baş verib, azı 8 ölü var

Əfqanıstanın Pakistan sərhəd zolağında yerləşən Künər əyalətinin Sar-Kanuy bölgəsində iki ölkənin sərhədçiləri arasında atışmalar baş verib.
 
Bu barədə Künər əyalətinin rəsmi mənbələri məlumat veriblər.
 
Ötən gün baş verən qarşıdurma 5 saat çəkib.
 
Məlumata görə Pakistan tərəfindən atılan mərmilər nəticəsində Sar-Kanuy rayonunun sərhəd bölgəsində azı 8 mülki şəxs həlak olub.
 
Məlumata görə 11-i mülki şəxs və 3-ü sərhədçi olmaqla 14 nəfər yaralanıb.
 
Qeyd edək ki, bölgədə 5 ay bundan öncə də iki ölkə sərhəd qüvvələri arasında qarşıdurma baş verib.
 
Əfqanıstan tərəfi iddia edir ki, Pakistan qüvvələrinin sərhədi tez-tez və qanunsuz şəkildə keçməsinə qarşılıq verib. /SalamNews /

Google+ WhatsApp ok.ru