‘Twitter’in işində nasazlıqlar yaranıb

‘Twitter’in işində nasazlıqlar yaranıb

Bəzi ölkələrdə "Twitter" sosial şəbəkəsinin işində nasazlıq müşahidə olunur.
 
Bu barədə Downdetector servisi bildirib.
 
Ən aktiv şəkildə problemlərin olduğunu Böyük Britaniya, ABŞ, Fransa, Almaniya, Türkiyə və Yaponiyadan bildirirlər.
 
Məlumata əsasən, istifadəçilərin əksəriyyəti (57%) saytdakı nasazlıq barədə şikayət edir. Digər 27 faizi iPhone və iPad, 13 faizi isə - Android üçün tətbiqetmədələrdə problemlərin olduğunu bildirir. /Trend
 

Google+ WhatsApp ok.ru