‘Instagram’ istifadəçiləri kamera vasitəsilə izləyir?

‘Instagram’ istifadəçiləri kamera vasitəsilə izləyir?

“Instagram”ın istifadəçiləri mobil tətbiqin ön kameranı gizli şəkildə aktivləşdirdiyini aşkar ediblər.
 
Maide.Az “ICTnews” saytına istinadən yazır ki, məlumatda deyilir ki, mobil proqramın arzuolunmaz aktivliyi haqqında ilk olaraq “iOS 14” beta-versiyasını quraşdırmış “iPhone” qurğusunun sahibləri xəbər tutublar, çünki yeni sistemdə işlək kamera və ya qoşulmuş mikrofon haqqında bildiriş funksiyası əlçatandır. İstifadəçilər qeyd ediblər ki, onlar, sadəcə, şəkil lentinə baxdıqda belə ön kamera aktivləşib.
 
“Instagram” xidmətinin nümayəndələri bildiriblər ki, bu vəziyyət mobil proqramdakı səhvlə bağlı olub və aradan qaldırılır.
 
Onlar əmin ediblər ki, mobil tətbiq yalnız istifadəçinin istəyinə uyğun olaraq kameranı qoşur.
 

Google+ WhatsApp ok.ru