Əfqanıstanda həbsxanaya hücumda 21 nəfər öldürülüb

Əfqanıstanda həbsxanaya hücumda 21 nəfər öldürülüb

Əfqanıstanın şərqindəki Nangarhar vilayətində böyük bir həbsxanaya hücumda 21 nəfər öldürülüb, 42-dən çox yaralı var.
 
Təhlükəsizlik əməkdaşları hücumda şübhəli İŞİD terror qruplaşmasını üzvlərini axtarırlar.
 
Hücum edənlərdən üçünün öldürüldüyü bildirilir.
 
Həbsxana ərazisi bağlanıb. AzadAvropa/AzadlıqRadiosu-nun Əfqanıstan xidmətinin müxbirləri atışmanın səngidiyini xəbər verir.
 
Avqustun 2-də yerli vaxtla axşam saat 6-da vilayət paytaxtı Calalabadda həbsxana qarşısında bomba qoyulmuş avtomobil partladılıb.
 
Atışma avqustun 3-nə keçən gecə davam edib. Silahlılar həbsxana yaxınlıqdakı binalardan təhlükəsizlik qüvvələri ilə döyüşü davam etdirib.
 
Rəsmilər 50-100 məhbusun qaçdığını, ancaq çoxunun yenidən yaxalandığını bildirir.
 
Bu həbsxanada 1700-dən talibançı və İŞİD terror qruplaşmasının üzvləri saxlanır.
 
İŞİD Amaq xəbər agentliyi vasitəsilə hücuma görə məsuliyyəti üzəridə götürüb.
 
Bu hücumdan bir gün öncə əfqan xüsusi qüvvələri İŞİD-in Calalabaddakı qərargahının kəşfiyyat rəisini öldürdüyünü açıqlayıb. /azadliq.org /
 

Google+ WhatsApp ok.ru