Əhli-beyt (ə) dostlarının 5 fəqli xüsusiyyəti: 5-Fitnə-fəsadın aradan qaldırılması

Əhli-beyt (ə) dostlarının 5 fəqli xüsusiyyəti: 5-Fitnə-fəsadın aradan qaldırılması

İmam Sadiq (ə) Abdullah ibn Cündəbə Əhli-beyt (ə) dostlarının xüsusiyyətlərini bəyan edərkən belə buyurur:

يَا عَبْدَ اللَّهِ لَقَدْ نَصَبَ‏ إِبْلِيسُ‏ حَبَائِلَهُ‏ فِي دَارِ الْغُرُورِ فَمَا يَقْصِدُ فِيهَا إِلَّا أَوْلِيَاءَنَا وَ لَقَدْ جَلَّتِ الْآخِرَةُ فِي أَعْيُنِهِمْ حَتَّى مَا يُرِيدُونَ بِهَا بَدَلًا آهِ آهِ عَلَى قُلُوبٍ حُشِيَتْ نُوراً أَنِسُوا بِاللَّه و اسْتَوحَشوا ممّا بِهِ اسْتَأْنَسَ المُتْرَفونَ اولئك اوليائى حقّاً

Ey Abdullah! Şübhəsiz, İblis bu aldadıcı dünyada öz tələlərini qurub. Onun bu işdə bizim dostları tələyə salmaqdan başqa məqsədi yoxdur. Lakin axirət onların nəzərində o qədər əzəmətlidir ki, onu əsla heç nəyə dəyişməzlər. Qəlbləri nurla dolu olanların xoş halına! (Əhli-beyt (ə) dostları) dünyanı onları aldatmaq intizarında olan təhlükəli bir ilan və söz anlamayan düşmən kimi bilərlər. Onların ünsiyyəti Allahladır. (Əhli-beyt (ə) dostları) mütrüblərin, eyş-işrət əhlinin ünsiyyətdə olduğu işlərdən qorxarlar. Həqiqi dostlar onlardır...”

Həzrət (ə) sözünün davamında Əhli-beyt (ə) dostlarının beşinci xüsusiyyətinə toxunaraq buyurur:

و بِهِمْ تُكْشَفُ كُلّ فتنة وَ تُرْفَعُ كُلُّ بليّة

“Onlar həmin adamlardır ki, Allah onların vasitəsi ilə hər bir fitnəni aradan qaldırıb, hər bir bəlanı cəmiyyətdən uzaqlaşdırar.(“Tuhəful-uqul”, c.2, səh.301.)

Quran və Əhli-beyt dilində “fitnə” sözü daha çox mənəvi, etiqadi, fikri azğınlığa aiddir. İmam Sadiq (ə) cəmiyyətdəki fikir və əqidə çaşqınlıqlarının Əhli-beyt (ə) dostları tərəfindən aradan qaldırıldığına işarə edir. (“Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri”, Ayətullah Misbah Yəzdi, səh.19-21.)

Maide.az (Maarif bölümü)

Google+ WhatsApp ok.ru