Ərzaq məhsulları 5,3 faiz bahalaşıb

Ərzaq məhsulları 5,3 faiz bahalaşıb

Dövlət Statistika Komitəsi inflyasiya göstəricilərini açıqlayıb.
 
Maide.Az bildirir ki, rəsmi hesabata görə, 2020-ci ilin yanvar-iyul aylarında istehlak qiymətləri 2019-cu ilin yeddi ayına nisbətən 2,9 faiz yüksəlib, ərzaq məhsulları, içkilər və tütün məmulatları 5,3 faiz, qeyri-ərzaq məhsulları 1,3 faiz, ödənişli xidmətlər 1 faiz bahalaşıb.
 
Başqa bir hesabata əsasən, 2020-ci il iyulun 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 695,1 min nəfər olub, onların orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrünə nisbətən 23 faiz artaraq 720 manata çatıb.
 
Amma müstəqil iqtisadçılar bu rəsmi rəqəmlərə bir qədər şübhə ilə yanaşır. Onlar xüsusi ilə ərzaq məhsullarının daha çox bahalaşdığını düşünürlər.
 

 

Google+ WhatsApp ok.ru