Əfqanıstanın vitse-prezidentinə sui-qəsd olub, ölənlər var

Əfqanıstanın vitse-prezidentinə sui-qəsd olub, ölənlər var

Kabildə Əfqanıstanın birinci vitse-prezidenti Əmrullah Salehə sui-qəsd edilib.
 
Bu barədə məlumatı "TOLOnews" telekanalı yayıb.
 
Bildirilir ki, çərşənbə günü səhər Əfqanıstanın paytaxtında baş verən partlayış nəticəsində Əmrullah Saleh ciddi xəsarət almayıb.
 
Hadisə ən azı 10 nəfərin ölümünə və bir o qədər də insanın yaralanmasına səbəb olub.
 
Əmrullah Salehin üzü yüngül yanıb, əli zədələnib. /FARS /
 

Google+ WhatsApp ok.ru