Əfqanıstanda sülh danışıqları fonunda polis qüvvələrinə hücum edilib, azı 16 ölü var

Əfqanıstanda sülh danışıqları fonunda polis qüvvələrinə hücum edilib, azı 16 ölü var

Əfqanıstandaxili danışıqların başlaması fonunda ölkənin Nəngərhar əyalətində ordu və polis qüvvələrinə hücum edilib.
 
Bu gün sübh Nəngərhar əyalətinin Xucyani bölgəsində ordu və polis qüvvələrinə hücum edilib.
 
Bu qüvvələrdən azı 16-nın öldüyü bildirilib.
 
Taliban hələ hücuma münasibət bildirməyib.
 
Qeyd edək ki, sabah Qətər paytaxtı Dohada Əfqanıstan hökumətilə Taliban arasında birbaşa danışıqlar başlayır. /SalamNews 

Google+ WhatsApp ok.ru