Əfqanıstanda partlayış: 2 dinc sakin ölüb, 12-si yaralanıb

Əfqanıstanda partlayış: 2 dinc sakin ölüb, 12-si yaralanıb

Əfqanıstanın şimal-şərqində yerləşən Tahar əyalətində motosikletin partladılması nəticəsində 2 dinc sakin ölüb, 12-si yaralanıb.
 
Bu barədə “Tolo news” telekanalına yerli polis məlumat verib.
 
Bildirilib ki, motosikletə quraşdırılmış əldəqayırma partlayıcı qurğu bir neçə maye qaz balonunu da partladıb. Hadisə yerinə yaxınlıqda yerləşən bir neçə dükanın binasına da ziyan dəyib.
 
Partlayışla bağlı əlavə məlumat yayılmayıb.
 

Google+ WhatsApp ok.ru