Ərbəinə sayılı günlər qalır:  Kərbəlada xüsusi təhlükəsizlik planı həyata keçirilir - FOTO

Ərbəinə sayılı günlər qalır: Kərbəlada xüsusi təhlükəsizlik planı həyata keçirilir - FOTO

Kərbəla Əməliyyat Komandanlığı bu gün (30 sentyabr) Ərbəin ziyarəti üçün xüsusi təhlükəsizlik planının həyata keçirilməsinə başladığını elan edib.
 
Kərbəla Əməliyyat Komandanlığının sözçüsü general Fəhim Əl-Karbatibu barədə açıqlama verib: “Hərbi hissələr müqəddəs Kərbəla vilayətində İmam Hüseynin (ə) Ərbəin ziyarəti üçün xüsusi təhlükəsizlik planının icrasına başladılar. Plan zəvvarlar üçün lazımi təhlükəsizliyi təmin etmək üçün Bağdad, Kərbəla, Babil və Nəcəf Əşrəf vilayətlərində hərbi hissələrin yaradılmasını əhatə edir. Müqəddəs Kərbəla vilayəti, ölkənin bütün əyalətlərindən olan İraqlı zəvvarları qarşılamaq üçün açıqdır”.
 
Kərbəla Əməliyyat Komandanlığının sözçüsü, istehkamçı qruplar, rəhbərlik qrupları və Müdafiə Nazirliyinə bağlı sağlamlıq qrupları ilə birlikdə polis, ordu və digər qüvvələrin birlikdə hərəkət edəcəyini bildirib: “Müqəddəs Kərbəla Əməliyyat Komandiri general-mayor Əli Əl-Haşimi, zəvvarların təhlükəsizliyini təmin etmək üçün təhlükəsizlik planları və proqramlarının icrasını birbaşa izləyəcək”, - deyə o, bildirib.
 
Bu arada, İraqın bütün əyalətlərindən olan zəvvarlar Ərbəin günü Kərbəlada olmaq üçün piyada yürüşlərini davam etdirir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru