Əfqanıstanda 2 vertolyot toqquşub, 15 hərbiçi ölüb

Əfqanıstanda 2 vertolyot toqquşub, 15 hərbiçi ölüb

Əfqanıstanın Helmənd əyalətində 2 vertolyot toqquşub, 15 hərbiçi həyatını itirib. 
 
Maide.Az xəbər verir ki,  bunu Helmənd əyalətinin Navə şəhərinin başçısı  Turcan  Helməndval deyib. 
 
O bildirib ki, vertolyotlar Taliban terror qruplaşması əleyhinə əməliyyatda iştirak edərkən toqquşub. 
 
Qeyd edək ki, son günlər Helmənd əyalətində  dövlət qüvvələri və Taliban terror qruplaşma üzvləri arasında şiddətli döyüşlər gedir.  Bu döyüşlərdə onlarla insan həyatını itirib, və minlərlə insan evlərindən didərgin düşüb. 
 

Google+ WhatsApp ok.ru