Əfqanıstanda viza izdihamı - 11 ölü

Əfqanıstanda viza izdihamı - 11 ölü

Əfqanıstanın Cəlalabad şəhərində Pakistana viza almaq üçün yaranan izdiham nəticəsində 11 qadın həyatını itirib.
 
Trend-in məlumatına görə, yeddi aylıq fasilədən sonra Əfqanıstan vətəndaşları üçün Pakistana viza verilməsi bərpa edilib.
 
Viza almaq üçün müraciət edən minlərlə şəxs yerli stadionda yaradılmış viza mərkəzinə göndərilib. Burada qadınların olduğu növbədə izdiham başlayıb.
 
İzdiham nəticəsində çoxsaylı yaralıların da olduğu deyilir.
 
Qeyd edək ki, viza verilməsi koronavirus pandemiyası ilə əlaqədar dayandırılmışdı.
 

Google+ WhatsApp ok.ru