Əfqanıstanda Rusiya səfirliyinin avtomobili partladıldı

Əfqanıstanda Rusiya səfirliyinin avtomobili partladıldı

Rusiyanın Əfqanıstandakı diplomatik missiyasının avtomobili kustar üsulla hazırlanmış partlayıcı qurğu vasitəsilə partladılıb.
 
Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. İnsident nəticəsində səfirliyin əməkdaşları yüngül beyin silkələnməsi travması alıblar. Onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.
 
İlkin ehtimala görə, hücumun hədəfi diplomatik missiyanın maşınının qarşısında gedən Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinin pikapı olub. Lakin hücumun Rusiya diplomatlarına qarşı hazırlandığı da istisna edilmir.
 
“Əfqanıstan tərəfindən insidentin hərtərəfli araşdırılmasını və Rusiyanın xarici nümayəndəliyinin personalının təhlükəsizliyinin təmin edilməsini tələb edirik”, - deyə Zaxarova bildirib. /Qafqazinfo/ 
 

Google+ WhatsApp ok.ru