‘Ənsarullah’ hərəkatı Səudiyyə ilə danışıqların şərtini açıqladı

‘Ənsarullah’ hərəkatı Səudiyyə ilə danışıqların şərtini açıqladı

Yəmən İnqilabı Yüksək Komitəsinin sədri Məhəmməd Əli əl-Husi "Twitter" sosial media hesabından Səudiyyə Ərəbistanı ilə danışıqlar aparmaq şərtini açıqlayıb.   

Əl-Husi paylaşımında "Səudiyyə koalisiyası hərbi hücum və mühasirə davam edərkən danışıqlar aparmaq istəyir. Hərbi təcavüz və mühasirə davam etdiyi təqdirdə heç bir danışıq aparıla bilməz. İndi onlara bunu deyirik: sülh qapısı açıqdır və danışıqların açarı sizin əlinizdədir. Tənliyin həlli aydındır", - deyə bildirib. 

 Yəmən rəsmisi Səudiyyəyə müraciətlə "Hərbi hücum və mühasirə ilə əldə etmək istədiyiniz məqsədə çatmayacaqsınız", - deyib. /eastnews/

Google+ WhatsApp ok.ru