Əfqanıstanın paytaxtında törədilən partlayışda 10 nəfər ölüb, 52 nəfər yaralanıb

Əfqanıstanın paytaxtında törədilən partlayışda 10 nəfər ölüb, 52 nəfər yaralanıb

Əfqanıstanın paytaxtı Kabil şəhərində törədilən partlayış nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb, 52 nəfər xəsarət alıb.
 
APA-nın xəbərinə görə, bu barədə bu gün “TOLOnews” telekanalı məlumat yayıb.  
 
Bundan əvvəl 1TV telekanalı partlayış nəticəsində 8 nəfərin öldüyü, 15 nəfərin isə xəsarət aldığı barədə məlumat yayıb. 
 
Qeyd edək ki, ötən gün Kabilin meydanlarından birində güclü partlayış baş verib. İlkin ehtimala görə, hücumun məqsədi parlamentarilərdən birinin avtomobili olub. Siyasətçi sağ qalsa da, xəsarət alıb. Əfqanıstandakı ekstremist qrupların heç biri terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.
 

Google+ WhatsApp ok.ru