‘Yəmənin mühasirəsi götürülməsə, Səudiyyə Ərəbistanının limanları təhlükəsiz olmayacaq’ 23 Dekabr 2020 11:12 Yəmən "Yəmənin mühasirəsi götürülməsə, Səudiyyə Ərəbistanının limanları təhlükəsiz olmayacaq" Maide.Az "eastnews"-a istinadla xəbər verir ki, Yəmən Milli Qurtuluş Hökumətinin Xarici İşlər naziri Səudiyyə koalisiyası tərəfindən neft məhsulları daşıyan gəmilərin ələ keçirilməsinin davam etməsinə toxunaraq bildirib ki, bu vəziyyət davam edərsə, Səudiyyə Ərəbistanının limanları təhlükəsiz olmayacaq. Hişam Şərəf Səudiyyə koalisiyası tərəfindən neft məhsulları daşıyan Yəmən gəmilərinin ələ keçirilməsini kəskin tənqid edib: "Neft məhsulları daşıyan Yəmən gəmilərinin ələ keçirilməsinin davam etməsi yəmənlilər üçün kütləvi bir cəzadır. Səudiyyə Ərəbistanı neft məhsulları daşıyan gəmilərin Yəmənə girişini əngəlləyir və bununla da heç bir halda müharibəyə son qoymaq istəmədiyini göstərir. Səudiyyə Ərəbistanı və Yəməndəki müttəfiqləri insan haqları mövqeyi tutmasına və humanitar aksiyaları dəstəkləməsinə baxmayaraq, neft məhsulları daşıyan gəmilərin Yəmənə girməsinin qarşısını aldıqlarını görürük. Şübhəsiz ki, bu vəziyyət davam edərsə, Səudiyyə Ərəbistanının limanları təhlükəsiz olmayacaq". Teqlər : #‘Yəmənin,#mühasirəsi,#götürülməsə,#Səudiyyə,#Ərəbistanının,#limanları,#təhlükəsiz,#olmayacaq’, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəməndəki din xadimləri İsrail ilə barışan dövlətlərə çağırış etdilər Bu ərəb ölkəsinin məhsulları baykot edilir – SƏBƏB
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'