‘Telegram’da maraqlı funksiya işə salınıb 25 Dekabr 2020 13:41 Maraq dünyası “Telegram” messencerində səsli qrup çatları funksiyası yaranıb. Bu barədə “Androinsider” xəbər yayıb. Məlumata görə, yeni funksiya müntəzəm yazışmalarla paralel olaraq işləyə biləcək: Mətn və səs bir-birini tamamlayacaqdır. Bunun üçün “qeyd” düyməsinə basmaq və danışmaq kifayətdir. Çatdakı hər kəs həmin şəxsin səsini eşidəcək. Səs qeydə alınmır, birbaşa efirdə səslənir. Ona görə də təkrar qulaq asmaq üçün yaddaşda qalmır. Bildirilir ki, iştirakçıların hansının danışdığı həmişə qrupda görünəcək. İstifadəçilər istənilən vaxt qoşula və dinləyə bilərlər. Səsli çat qrupun profilində administrator tərəfindən işə salınır. / oxu.az / Teqlər : #‘Telegram’da,#maraqlı,#funksiya,#işə,#salınıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Köhnə cihazların sahibləri üçün internetə çıxış müddəti uzadılıb ‘Adobe Flash Player’ proqramının fəaliyyəti dayandırılıb