Əfqanıstanda hərbiçi qadınlara hücum: 2 nəfər ölüb

Əfqanıstanda hərbiçi qadınlara hücum: 2 nəfər ölüb

Əfqanıstanın  Məzar Şərif şəhərində naməlum silahlı  şəxslər hərbiçi qadınların  avtomobilinə hücum edib.  
 
Maide.Az  xarici KİV-ə istinadla xəbər verir ki,  silahlı şəxslər bu gün yerli vaxtla saat 7:30 -da  Bəlx əyalətininin  Məzar Şərif şəhərində 209 saylı hərbi  bazanın hərbiçilərinə hücum edib.
  
Hücum zamanı  2 hərbiçi qadın ölüb, 3 hərbiçi qadın  yaralanıb. 
 
Hücum edən şəxslər 2 nəfər olub. Onlar hücumdan sonra hadisə yerindən qaça bilib. 
 
 

Google+ WhatsApp ok.ru