Əxlaqi dayaqlar-3

Əxlaqi dayaqlar-3

QURANİ-KƏRİMDƏ ƏXLAQ AYƏLƏRİ

Qurani-Kərimin “Nur” surəsinin 21-ci ayəsində buyurulur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ وَمَن يَتَّبِعْ خُطُوَاتِ الشَّيْطَانِ فَإِنَّهُ يَأْمُرُ بِالْفَحْشَاء وَالْمُنكَرِ وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ مَا زَكَا مِنكُم مِّنْ أَحَدٍ أَبَدًا وَلَكِنَّ اللَّهَ يُزَكِّي مَن يَشَاء وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ

Ey iman gətirənlər! Şeytanın qədəmlərinə uymayın! Kim Şeytanın qədəmlərinə uysa, (yolunu azmış olar, çünki) o, (insanlara) çirkin və pis işlər görməyi əmr edər. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt (günahdan) pak olmazdı. Lakin Allah istədiyi şəxsi (günahdan) pak edər. Allah eşidəndir, biləndir!

İnsanın əxlaq və əməlinin paklığı, nəfsinin tam tərbiyəsi Allaha iman gətirmək və Onun lütf və mərəhmətinə sığınmasından başqa bir yolla mümkün deyildir. Buna bənzər ifadələrə “Ə`la” surəsində də rast gəlinir. Ayədə buyurulur:

قَدْ أَفْلَحَ مَن تَزَكَّى. وَذَكَرَ اسْمَ رَبِّهِ فَصَلَّى

“Həqiqətən, özünü paklaşdırıb (nəfsini tərbiyə edən) nicat tapdı, öz Rəbbinin adını zikr etdi və namaz qıldı.” (“Ə`la”/14-15.)

Bu ayəyə əsasən, əxlaqi və əməli tərbiyənin Allahın adı, namaz və ibadətlə yaxın əlaqəsi vardır. Əgər əxlaqi və əməli tərbiyə bunlarla suvarılarsa, köklü və davamlı, başqa əsaslara söykəndikdə isə süst, zəif və bəhərsiz olacaqdır. (“Ayate-əxlaqi”, Ayətullah Məkarim Şirazi, səh.20-21.)

“Maidə” surəsinin 93-cü ayəsində təqva və əxlaqlı əməllərin imanla əlaqəsi maraqlı bir tərzdə təsvir olunur. Ayədə buyurulur:

لَيْسَ عَلَى الَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ جُنَاحٌ فِيمَا طَعِمُواْ إِذَا مَا اتَّقَواْ وَّآمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ ثُمَّ اتَّقَواْ وَّآمَنُواْ ثُمَّ اتَّقَواْ وَّأَحْسَنُواْ وَاللّهُ يُحِبُّ الْمُحْسِنِينَ

“İman gətirib yaxşı işlər görən kəslərə, təqvalı olaraq iman gətirib yaxşı işlər gördükləri, sonra yenə təqvalı olub iman gətirdikləri və sonra yenə də təqvalı olub yaxşı iş gördükləri təqdirdə, (haram edilməmişdən əvvəl) yedikləri şeylərə görə heç bir günah yoxdur. Allah yaxşı iş görənləri sevir.”

Bu ayədə gah təqva iman və saleh əməldən irəli, gah ondan sonra, gah da yaxşı əməldən irəli keçir. Bu, ona görədir ki, əxlaqi və əməli təqva bir mərhələ imandan irəlidədir. Haqqı tanıyandan və ona iman gətirdikdən sonra isə təqvanın daha yüksək mərhələsi onun vücudunu əhatə edir və xeyirxah işlərin səbəbkarı olur. Bu minvalla, iman və təqvanın sıx əlaqəsi aydın olur. Qısa desək, əxlaqın ən güclü stimulu Allaha iman gətirmək və Onun qarşısında məsuliyyət hiss etməkdir. (“Quranda əxlaq”, Ayətullah Məkarim Şirazi, c.1, səh.70.)

Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru