Şəxsiyyəti müəyyən olunan şəhidlərin sayı AÇIQLANDI 21 Yanvar 2021 16:05 Hərb Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının köməyindən istifadə edilməklə döyüş əməliyyatlarında həlak olmuş şəxslərin qısa müddət ərzində şəxsiyyətlərinin müəyyən olunaraq aidiyyəti üzrə təhvil verilməsi üçün zəruri tədbirlərin görülməsi də təmin edilib. APA-nın məlumatına görə, bu barədə Respublika Hərbi prokuroru Xanlar Vəliyev Hərbi Prokurorluqda keçirilən kollegiya iclasında deyib. O bildirib ki, hərbi prokurorluq orqanlarının əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq hərəkətləri, çoxsaylı ekspertizalar, zərurət olduqda məhkəmə-genetik ekspertizası keçirilməklə, indiyədək, həlak olmuş 2858 şəxsin şəxsiyyətinin tam müəyyən edilərək ailələrinə təhvil verilməsi təmin olunub. Teqlər : #Şəxsiyyəti,#müəyyən,#olunan,#şəhidlərin,#sayı,#AÇIQLANDI, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İcazəsiz hərbi forma geyinənlər 500 manatadək cərimələnəcək
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'