'WhatsApp'da yeni funksiya işə salınıb

'WhatsApp'da yeni funksiya işə salınıb

"WhatsApp" messencerində bir hesabın bir neçə cihazda eyni vaxtda istifadəsi funksiyası işə salınıb.

 
Maide.Az "APA-Economics"a istinadən xəbər verir ki, istifadəçinin cihazları bir-birinə bağlandıqdan sonra "WhatsApp Web" və "WhatsApp Desktop"un eyni anda işləməsi üçün əsas cihazın onlayn qalmasına ehtiyac qalmır. Bu rejimdə bir hesaba əlavə edilən beş cihazdan istifadə etmək olar.
 
Hazırda bu funksiya tətbiqin 2.21.14.1 nömrəli beta versiyasında və yalnız "Android"də işləyir. Daha sonra yeni funksiya bütün istifadəçilər üçün əlçatan olacaq.
 

Google+ WhatsApp ok.ru