Bakı, Şirvan və Hacıqabulda su kəsiləcək

Bakı, Şirvan və Hacıqabulda su kəsiləcək

Bu gün Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə, eləcə də Şirvan və Hacıqabul şəhərlərinə, Hacıqabul rayonunun magistral kəmərdən qidalanan kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
 
Maide.Az xəbər verir ki, bu barədə “Report”a “Azərsu” ASC-dən məlumat verilib.
 
Məlumata görə, fasilə Kür-Bakı magistral su kəmərində baş vermiş qəza ilə əlaqədardır.
 
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.
 

Google+ WhatsApp ok.ru