Ənsarullah: 'ABŞ Yəməndə savaşın davam etməsini istəyir' 11 Avqust 2021 12:33 Yəmən Yəmənin Ənsarullah hərəkatının sözçüsü Məhəmməd Əbdüs-Salam vurğulayıb ki, Yəmən tərəfləri arasında müharibə olana qədər amerikalılar savaşın davam etməsini istəyirlər və Məariblə bağlı narahatlıqlar vilayətin əhəmiyyətini göstərir. Deyerler.org xəbər verir ki, Məhəmməd Əbdüs-Salam “Əl-Məyadin şəbəkəsinə açıqlamasında bunları deyib: “Yəmənin humanitar problemlərinin həlli üçün Oman heyəti ilə əlaqə qurmağa davam edəcəyik. Məaribin sakinləri tərəfindən idarə olunacağı üzərində razılaşdıq. Heç bir tərəfi kənarlara qoymamaq şərti ilə. Sənanın təklifi Məaribdəki bütün məhbusların azadlığa buraxılması və zərərçəkmişlərə təzminat ödəməklə razılaşmaqdır”. Yəmən rəsmisi planın qarşı tərəfin (Səudiyyə-BƏƏ təcavüzkar koalisiyası) razılığını gözlədiyinə aydınlıq gətirərək, belə deyib: “Biz təcavüzkar ölkələrin sülh istəyini görmürük. Vaşinqton və Ər-Riyad Məaribdə hərəkət edir və insanların vəziyyəti onları maraqlandırmır. Yəmən tərəfləri arasında müharibə olana qədər amerikalılar savaşın davam etməsini istəyirlər və ölkənin Məariblə bağlı narahatlığı bu vilayətin əhəmiyyətini göstərir. Amerikalılar Məaribdə sülh istəyirlərsə, planımızı təklif etmişik, amma bu planla bağlı amerikalılarla heç bir əlaqəmiz olmayıb”. Bu arada, Əl-Xobar Əl-Yəməni saytının məlumatlı Yəmən mənbələrinə istinadən yaydığı xəbərə görə, Yəmən Milli Qurtuluş Hökumətinin (Sənada yerləşən) danışıq qrupu Oman hökuməti ilə apardığı danışıqlarda Məarib vilayətindəki qarşıdurmanın sona çatması üçün dörd təklif təqdim edib. Bu təklifin ilk bəndi, təhlükəsizliyi və sabitliyi qorumaq və Əl-Qaidə və İŞİD-in bütün ünsürlərini bu vilayətdən çıxarmaq üçün Məarib villayətinin sakinlərinin birgə idarəetmə mexanizminin qurulmasıdır. İkinci bənd; Keçid azadlığına, bütün məhbusların azadlığa buraxılmasına, qurbanlara təzminat verilməsinə, qaçqınların geri qaytarılmasına və mülki əhaliyə hücum edilməməsinə zəmanət verilməlidir. Səna hökuməti üçüncü təklifində maaşları ödəmək üçün Əl-Hudeydadakı neft gəmisi gəlirlərinin ayrılmasını da tələb etdi. Dördüncü bənd, Məarib vilayətindəki neft və qaz ehtiyatları məsələsindən bəhs edir və Səna hökumətinin danışıqlar qrupu, təklifində, qaz nasos stansiyalarının, eləcə də digər əyalətlərin neft və qaz payının bərpasına və Ras İsa boru kəmərinin təmiri üçün birgə komitənin yaradılmasını istəyib. Əlavə məlumat verilməyib və Ər-Riyad hökuməti və istefa verən Yəmən rejimi hələ də təkliflərə cavab verməyib. Teqlər : #Ənsarullah:,#'ABŞ,#Yəməndə,#savaşın,#davam,#etməsini,#istəyir', Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sənada milyonlarla yəmənlinin iştirakı ilə ABŞ əleyhinə aksiya keçirilib -FOTO YUNİSEF : Yəməndə hər 10 dəqiqə ərzində bir uşaq aclıqdan və xəstəlikdən dünyasını dəyişir
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'