‘BMT Əfqanıstan problemini həll etməkdə acizdir’ - Baş katib 16 Sentyabr 2021 15:32 Dünya “Əfqanıstanda inklüziv bir hökumətin qurulmasında vasitəçilik etmək üçün BMT-nin gücü məhduddur və bu qurum həmin ölkədəki problemi həll etməkdə acizdir.” Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Qutereş deyib. O, bildirib ki, BMT-nin Əfqanıstandakı problemi həll edə biləcəyini düşünmək illüziyadır. “BMT-nin Əfqanıstanda Taliban tərəfindən inklüziv bir hökumətin qurulması üçün vasitəçilik etmək imkanı məhduddur.” A.Qutereş ABŞ-ın Əfqanıstanda 1 trilyon dollar xərclədiyinə diqət çəkərək qeyd edib ki, ABŞ bu qədər pul ilə Əfqanıstandakı problemlərin həllində aciz qaldığı halda BMT-nin pulsuz və gücsüz on illərdən bəri yığılıb qalmış problemləri həll edə biləcəyini düşünmək illüziyadır. A.Qutereş qeyd edib ki, BMT bacardığı qədər humanitar böhranla üzləşən Əfqanıstana yardım edəcək. Bu yardımların içərisində Talibanla əməkdaşlıq da var. Talibanın Əfqanıstanda yeni hökumətin təşkilində BMT-nin rolunu qəbul etməyəcəyini deyən A.Qutereş onu da əlavə edib ki, möcüzə olacağını gözləmir. Teqlər : #‘BMT,#Əfqanıstan,#problemini,#həll,#etməkdə,#acizdir’,#Baş,#katib , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nigeriyada milyonlarla uşagın təhsilinə təhlükə yaradan SƏBƏB Çin və Fransa ABŞ, Britaniya və Avstraliyanın ‘AUKUS’una etiraz edib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO