ƏMƏK VƏ QAZANC ƏXLAQI–1

Mirməhəmməd Bəşir

ƏMƏK VƏ QAZANC ƏXLAQI–1


Bəzi Avropa və qərb yazarları bu fikirdədirlər ki, əmək və qazanc sahəsində dini ədəb və əxlaqdan söz gedə bilməz, çünki “əmək və qazanc əxlaqı oyun əxlaqıdır və dini əxlaqdan fərqlidir”.

Bu baxış və nəzəriyyə “Dini əxlaq” və “Əmək və qazanc əxlaqı”nın dixotomikliyi və ikiliyinə əsaslanmışdır.

Bu nəzəriyyənin tərəfdarlarının fikirincə “əmək və qazanc” poker oyununa oxşayır ki, oyunun qaydalarına görə, oyunçu həqiqəti gizlətmədən, qarşı tərəfi aldatmadan, yalandan tərifləmədən və söz ilə gic etmədən oyunu uda bilməz. Bu məsələ poker oyununda qəbul edili, oyunun əxlaq və qaydaları da elə bunu tələb edir. Buna görə də, həqiqəti xüsusi peşəkarlıq və ustalıqla gizlətmək, goplamaq, hiyləgərlikdə zirək olmaq və s. mənfi xüsusiyyətlər bu oyunda “müsbət əxlaq” kimi qiymətləndirilir. Bu məsələ “əmək və qazanc bazarı” oyununda da belədir.

Bu nəzəriyyəni müdafiə edənlərin, o cümlədən, Albert Z. Carr, Peter French, Milton Fridema və Andrey Gustafsonun fikirincə iş, əmək və qazanc meydanına girən hər kəsə lazımdır ki, öz maddi gəlirlərini artırmaq və maraqlarını qorumaq üçün ciddiyyətlə çalışmalı, lazım gələrsə, qanuna zidd olmayan hər qapıdan keçməli və hər bir hiylədən istifadə etməlidir. Bu oyunda təkcə məhdudiyyət qanun məhdudiyyətidir. Qanunun caynağına keçmədən hər bir qanunsuzluq etmək olar.

Biz bu nəzəriyyənin cavabında deyirik ki, bu baxış və nəzəriyyə dinin yanlış oxunuşu, dinin düzgün dərk edilməməsi və dinə qarşı mənfi fikirlər üzərində köklənib...

Ardı var...

 

İstifadə edilmiş ədəbiyyat:

1. “Ticarət əxlaqının fəlsəfəsinə İslami baxış”, Cavad Təvəkküli, jurnal: “İqtisadi mərifət” jurnalı, səh.17;

2. “Əxlaqi holizimə dəstək – İş və qazanc əxlaqında dini baxışlara cavab”, Andrew Gustafson / Məhəmməd Hüseyni Novruzinin fars dilinə tərcüməsi;

3. “Qlobal arenada iş və qazanc etikasına giriş”, Məhəmməd Nəhavəndiyan, səh.68.

4. “Həmişə bəhar”, Əhməd Hüseyn Şərifi, səh.269.

Google+ WhatsApp ok.ru