AİP lideri Mövsüm Səmədovun Appelyasiya məhkəməsi keçirilib - VİDEO

AİP lideri Mövsüm Səmədovun Appelyasiya məhkəməsi keçirilib - VİDEO

Bu gün Bakı Appelyasiya Məhkəməsində AİP lideri Mövsüm Səmədovun şikayətinə baxılıb. Appelyasiya şikayəti Qaradağ Rayon Məhkəməsinin Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun 3 il müddətinə Qobustan Qapalı Tipli Həbsxanasına köçürülməsi ilə bağlı verdiyi qərarla bağlı idi. Məhkəmədə AİP rəhbbərliyi, funksionerləri çoxlu sayda inanclı kəsimin nümayəndələri iştirak edib.  
 
Apelyasiya Məhkəməsi Qaradağ Rayon Məhkəməsinin hökmünü qüvvədə saxlayıb və Mövsüm Səmədovun 3 il müddətinə Qobustan Qapalı Tipli Həbsxanasına köçürülməsi ilə bağlı qərar çıxarılıb.
 
Ötən məhkəmə prosesində doktor Səmədovun vəkili bir neçə vəsatətlə çıxış edərək, Qaradağ rayon Məhkəməsində keçirilən ilkin baxış zamanı şikayətçilər və şahidlərdən heç kimin dindirilmədiyini bildirmişdi. Lakin vəsatətlər məhkəmə tərəfindən təmin edilməmişdi. (faktxeber) /
 

Google+ WhatsApp ok.ru