A.Hacılı: Polisə dəvət edilməyim 11 və 18 sentyabr mitinqlərilə bağlıdır - YENİLƏNİB

A.Hacılı: Polisə dəvət edilməyim 11 və 18 sentyabr mitinqlərilə bağlıdır - YENİLƏNİB

Əvvəlki xəbər 16:06-da paylaşılıb.

 

“Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilməyim sentybarın 11-nə və 18-nə təyin edilən mitinqlərlə bağlıdır”. Müsavat Partiyasının başqanı Arif Hacılı bunu Turan-a bildirib.

A.Hacılı deyib ki, mitinq ərəfəsində siyasi partiya rəhbərlərinin və ya təşkilatçıların Bakı Şəhər Baş Polis İdarəsinə çağırılması bir ənənə şəkli alıb. Onun sözlərinə görə, indiki halda isə fərqli bir cəhət nəzərə çarpır: “Bu dəvət adətən Bakı Şəhər İcra Hakimiyyəti aksiyaya icazə verdikdən, aksiya sanksiyalaşdırıldıqdan sonra olurdu: “Bu dəfə isə əksinədir, icazənin, sanksiyadan öncə dəvət almışıq”.

11 sentyabr mitiniqini Milli Şuranın təyin etdiyi halda, Müsavatla hansı bağlılığı olması sualına cavabda A.Hacılı deyib ki, Müsavat Partiyası bu mitinqə dəstək verəcəyini bəyan edib.

Xatırladaq ki, Konstitusiyaya dəyişikliklərlə bağlı sentybarın 26-da ölkədə referendum keçirilir. Bu dəyişikliklərə etiraz olaraq Milli Şura sentyabrın 11-nə, Müsavat Partiyası isə sentyabrın 18-nə mitinq təyin edib. /

Google+ WhatsApp ok.ru