A. Merkel Rusiyaya qarşı sanksiyaların vaxtını uzatmağın tərəfdarıdır

Almaniya kansleri Angela Merkel Yaponiyaya səfəri çərçivəsində Ukrayna münaqişəsi ilə əlaqədar Rusiyaya qarşı tətbiq olunan sanksiyaları uzatmağa çağırıb.
 
 Bununla yanaşı Almaniya hökumətinin rəhbəri münaqişənin diplomatik yol ilə həllinin vacibliyini vurğulayıb. A. Merkel çıxışı zamanı BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının vacibliyini qeyd edib. Kansler həmçinin Yaponiya və Braziliya ilə bir sıra istiqamətdə, o cümlədən beynəlxalq terrorizm sahəsində əməkdaşlığın zəruriliyini vurğulayıb. Qeyd edək ki, bu gün A. Merkel Yaponiyanın Baş Naziri Sindzo Abe ilə görüşəcək. Görüş zamanı "G7" çərçivəsində əməkdaşlıq, Ukrayna münaqişəsi, BMTTəhlükəsizlik Şurasında islahatlar, antiterror tədbirləri, Şərqi Asiya və Yaxın Şərqdəki vəziyyətin müzakirə olunacağı gözlənilir.

Google+ WhatsApp ok.ru