Aətullah Xameneyi: “Cəmiyyətin düşünən beyinlərini yetişdirmək üçün universitetin önəmli rolu var”

Aətullah Xameneyi: “Cəmiyyətin düşünən beyinlərini yetişdirmək üçün universitetin önəmli rolu var”

-- Universitetlər ölkədəki proseslərə qoşulmalıdır

“Bir ölkənin idarəsi üçün yaxşı universitetin olması həyati məsələdir. Çünki cəmiyyətin düzgün idarə edilməsidə universitetlərdə yetişən imanlı, qorxmaz, çalışqan, özünə güvənən, haqqı qəbul edən, haqq carçısı, zülm və təcavüzlə mübarizə apara bilən, mehriban və güzəşt edən tələbələr iştirak edir.”
 
Maide.Az  “leader.ir” saytına istinadən  xəbər verir ki, bunu universitet müəllimlərinin qarşısında çıxışı zamanı Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei deyib.
 
Ali Rəhbər bildirib ki, cəmiyyətin düşünən beyinlərini yetişdirmək üçün universitet müəllimlərinin önəmli rolu var. 
 
“Universitetlər ölkədəki proseslərə qoşulmalıdır. Çünki ölkənin bütün problemləri elmlə həll olunmalıdır. Ona görə ki, problemlərlə düşünmədən və qeyri-elmi yanaşma daha da dərinləşməsinə səbəb olar. Misal üçün iqtisadi məsələlərdə dəfələrlə ölkə rəsmilərinə bildirmişəm ki, iqtisadçı alimlərin baxışlarını toplayıb onlardan istifadə etsinlər, çünki bu fikirlər çıxış yolları göstərir.”
 
Ayətullah Xamenei universitetlərin ictimai ziyanlar, sənaye, istehsal və istehlak, keyfiyyətli məhsulların istehsalı sahəsində maneələrin aradan qaldırılması, nüvə sahəsi, nano texnologiyası və digər sahələrdə aktiv iştirak etməsinin zəruriliyindən danışıb.
 
Ali Rəhbər bildirib ki,  məhz sadalanlalrın inkişafı üçün  öz kimliyini tanıyan cəmiyyət formalaşmalıdır. “Çünki bu olmasa cəmiyyət uca və təkəbbürlü səslər qarşısında tez məğlub olar. Eyni zamanda gənclərin dini, milli və insani kimliyini tanımaları cəmiyyətin izzətli və müqavimət hisli olmasına səbəb olur".
 

Google+ WhatsApp ok.ru