ABŞ koalisiyası Raqqa və Deyr Əz-Zorda dinc sakinləri vurdu

ABŞ koalisiyası Raqqa və Deyr Əz-Zorda dinc sakinləri vurdu

ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı beynəlxalq koalisiyanın Suriyada keçirdiyi hücumlarda 22 dinc sakinin həlak olduğu qeyd olunub.
 
Deyerler.org xəbər verir ki, Suriyanın SANA dövlət televizisyası bölgədəki dinc sakinlərin bildirdiklərinə əsaslanıb hazırladığı xəbərində, koalisiya təyyarələrinin Suriyanın Raqqa şəhərində bir yaşayış binasını vurduğunu bildirib. Xəbərdə hücumda əksəriyyəti qadın və uşaq olmaqla ən az 11 nəfərin həlak olduğu vurğulanıb. Həmçinin Deyr Əz-Zorun şimalındakı Şahabat kəndində də hava hücumları nəticəsində 11 dinc sakinin həlak olduğu qeyd edilib.
 
Koalisiya qüvvələri Suriyanın Raqqa və Deyr Əz-Zor bölgələrində Demokratik Suriya Qüvvələrinin (DSQ) İŞİD-ə qarşı davam etdirdiyi əməliyyata dəstək verir. Dəməşq Suriya hökumətinin razılığını almadan hərəkət etdiyi üçün koalisiyanın əməliyyatlarını qanunsuz qəbul sayır.
Koalisiya avqust ayında verdiyi açıqlamasında, Suriya və İraqda İŞİD-ə qarşı keçirdiyi əməliyyatın əvvəlindən indiyə qədər ən azı 685 mülki şəxsin səhvən öldürdüyünü etiraf edib.
 

Google+ WhatsApp ok.ru