ABŞ: “İsrailin hücumları terror aktıdır”

ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi sionist İsrail rejiminin Dimona şəhərində әrəb sakinlərinə qarşı hücumlarını terror aktı kimi gördüklərini açıqlayıb.
 
Deyerler.org Dunyabulteni-nə istinadən xəbər verir ki, sionist İsrail rejiminin cənubundakı Dimona şəhərində keçən cümə günü 4 ərəb bıçaqlanmışdır. Hücumu həyata keçirən cinayәtkarın saxlanıldığı qeyd olunub. Polis, hücumun etnik nifrət səbəbilə edildiyi ehtimalı üzərində dayanıb.
 
ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbiyə Dimonadaki hadisəni terror hücumu kimi görüb görmədiklərilə bağlı verilən suala bu cür cavab verib: "Bəli, bunun terror aktı olduğunu düşünürük". /
 

Google+ WhatsApp ok.ru