ABŞ-da 15 yaşlı Quran hafizi qətlə yetirildi

Dekabrın 7-si ABŞ-ın Kanzas ştatında müsəlman və digər dinlərdən olan  liderlər, qətlə yetirilən 15 yaşlı müsəlman yeniyetmənin anım mərasimini keçirib. 
Maide.az-ın məlumatına görə, Kanzasda Amerika-İslam münasibətləri üzrə şura nümayəndəsi Mussa El-Bayumi bildirib ki, bu mərasimin təşkil olunmasında məqsəd, qətlə yetirilən Abdisəməd Adəm Şeyx Hüseynin ailəsinə dəstək olmaq həmçin, ümid və sülhün nifrət və zülmə qalib gələcəyini göstərməkdir. 
Dostları tərəfindən Adəm deyə çağırılan Abdisəməd ötən həftənin cümə axşamı qətlə yetirilib. Adəmin ayağları onu qəsdən vuran maşının təkərləri altında qalaraq bədənindən ayrılmışdı. Faciyə Kanzas şəhərində yerləşən Somali İslam Mərkəzinin qarşısında baş verib. 
Yeniyeməni qətlə yetirən Əhməd Aden isə etiraf edib ki, Abdisəmədi digər müsəlmanlarla səhv salaraq öldürüb. Əvvəllər qatil Aden Somali icmasının fəallarından olub. Sonradan isə o, işdən çıxarılıb bu səbəbdən hətta İslam dinindən belə üz döndərib. 
Xatırladaq ki, 15 yaşlı Abdisəmədin Quran oxuması çox məşhur idi, ölümündən bir qədər öncə isə ona Quran Hafizi adı verilmişdi. //
 

Google+ WhatsApp ok.ru