ABŞ-da 17 avtomobilin zərər gördüyü zəncirvari yol qəzası baş verib

ABŞ-ın Yuta ştatında 17 avtomobil toqquşması nəticəsində ən azı bir nəfər ölüb, 25 nəfər xəsarət alıb.
"Report"un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, 6 yük ilə 11 minik avtomobil zərər görüb.
Hadisənin dumanlı hava səbəbindən baş verdiyi ehtimal olunur. Belə ki, yük maşınlarından birinin sürücüsü sürəti azaldmaq istəyib. Ancaq arxadan gələn distansiyanı nəzərə almaqaraq yük maşınına çırpılıblar.
Hadisə ilə bağlı araşdırma aparılır./

Google+ WhatsApp ok.ru