ABŞ-da 343 qəzet Trampa qarşı birləşdi 16 Avqust 2018 01:00 Xəbərlər ABŞ prezidenti Donald Trampın dəfələrlə medianı təhqir etməsinə cavab olaraq 343 qəzet birləşərək ortaq mövqe nümayiş etdiriblər. Maide.Az “Habertürk”ə istinadən xəbər verir ki, “Boston Globe” media holdinqinin çağırışı ilə həmin qəzetlər bugünkü nömrələrində Trampın sözlərinə cavab yazıları yayımlayıblar. “Post-Dispatch” qəzeti jurnalistləri “Vətənsevərlərin ən düzgün olanları”, “Chicago Sun Times” qəzeti amerikalıların Trampın axmaqlıqlarının fərqində olduğunu, “N.C Observer” qəzeti “Nəfəsimizi saxlamayacağıq” kimi başlıqlar istifadə ediblər. Qeyd edək ki, Tramp ABŞ mediasını yalan xəbər istehsal mərkəzi, jurnalistləri isə “xalq düşməni” adlandırmışdı. Teqlər : #ABŞda 343 qəzet Trampa qarşı birləşdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Son 6 ayda Azərbaycanda 7 min 200-dən çox ailə dağılıb Dünya şöhrətli Quran qarisi vəfat edib