ABŞ-da 5 il ərzində minə yaxın uşaq güllələnərək öldürülüb

ABŞ-da 5 il ərzində minə yaxın uşaq güllələnərək öldürülüb

-- son 10 ildə ABŞ-da iyirmidən çox kütləvi qətl törədilib

ABŞ-da 2012-ci ildən bu yana yaşı 12-dən az olan 994 uşaq odlu silahdan istifadə yolu ilə qətlə yetirilib.
 
Maide.Az xəbər verir ki, hesabat Konnektikut ştatının Sendi-Huk şəhərində ibtidai məktəb yetirmələrinin 2012-ci ilin dekabrında qətlə yetirilməsi zamanından aparılıb.
 
Həmin vaxt 20 yaşlı manyak 6-7 yaş aralığında olan 20 uşağı və yaşca böyük daha 6 nəfəri güllələyib.
 
Telekanal güllələnmə qurbanı olan uşaqların sayını müəyyən etmək üçün The "Gun Violence Archive" qeyri-kommersiya profil təşkilatı, "Slate.com" onlayn jurnalı, həmçinin dövlət idarələrinin arxiv və statistika məlumatlarını və xəbərlərin xronikasını tədqiq edib.
 
Bu rəqəmə həmçinin bir uşağın təsadüfən digərini və ya özünü öldürdüyü hadisə də daxil edilib.
 
Təkcə son 10 ildə ABŞ-da iyirmidən çox kütləvi qətl törədilib.(report) 

Google+ WhatsApp ok.ru