ABŞ-da əhalinin sayım məsələsi problem yaratdı

ABŞ-da əhalinin sayım məsələsi problem yaratdı

-- Tramp hökuməti məhkəməyə verildi

ABŞ-da 2020-ci ildə keçiriləcək əhalinin sayımı ilə bağlı anketə vətəndaşlığın müəyyənləşdirilməsi üçün sual yer alacaq.
 
Maide.Az CNN Türk-ə istinadən xəbər verir ki, bu barədə Ticarət Nazirliyi Ədliyyə Nazirliyindən tələb edib.
 
İlk dəfə tətbiq olunacaq bu sistem ölkədə ciddi mübahisələrə səbəb olub.
 
ABŞ prezidenti Donald Tramp bu qərarı müdafiə edib. Başda Kaliforniya ştatı olmaqla, Konqersin Demokrat üzvləri isə buna qarşı çıxaraq bir çoxlarının bu sorğuda yer almaq istəməyəcəyini bildiriblər.
 
Onlar sorğunun əsas məqsədinin əhalinin sayının müəyyənləşdirmək olduğunu deyiblər. Lakin, vətəndaşlıqla bağlı suala görə milyonlarca insanın sorğuda yer almayacağını və bunun ABŞ-a zərər verəcəyini dilə gətiriblər.
 
Kaliforniya ştatının baş prokuroru Xavyer Becerra bu məsələyə görə Tramp hökumətini məhkəməyə verib. O, bu qərarı qanunsuz adlandırıb.
 
Qeyd edək ki, ABŞ-da hər 10 ildə bir dəfə əhalinin sayımı keçirilir. Sonuncu dəfə 2010-cu ildə sayım keçirilmiş və ABŞ əhalisinin sayının 308 milyon nəfər olduğu açıqlanmışdı. Sorğuda iştirak etməyənlərə 5 min dollar cəza nəzərdə tutulub.
 
 

Google+ WhatsApp ok.ru