ABŞ-da ‘Hicab’ reklam lövhələri asıldı

ABŞ-da ‘Hicab’ reklam lövhələri asıldı

Dallas, Hyuston və Çikaqo daxil olmaqla bir çox ABŞ şəhərində müsəlman fəallar İslam və hicab haqqında əhalinin məlumatlandırılması üçün reklam lövhələri asıblar.
 
Maide.Az "deyerler.org"a istinadən xəbər verir ki, Texasın İctimai Radiosunun bildirdiyinə görə, Şimali Amerika İslam Cəmiyyətində (İCNA) işləyən müsəlman könüllü Ruman Sadiq, belə danışıb: “Bu məsələ haqqında Amerikadakı mövcud siyasi şərait müsəlman qadınlar haqqında fikirlərin formalaşmasına yol açmışdır”.
 
O, altı həftə davam etməsi qərarlaşdırılan billboard kampaniyasının insanları qeyd olunmuş nömrələrlə əlaqə saxlayıb hicab haqqında suallar verməyə təşviq edəcəyini ümid etdiyini bildirib.
 
Ruman Sadiq müsəlman qadınların hicabla çölə çıxmasının bəzən çox çətin olduğunu və təhsil müəssisələrində, supermarketlərdə və ictimai yerlərdə çox ayrı-seçkiliklə qarşılaşdıqlarını qeyd edib.
 
Dallasda yerləşdirilən reklam lövhəsi üzərində hörmət, şərəf və güc şüarı yazılmış bir hicablı qadın göstərilir və sualları cavablandırmaq üçün bir telefon nömrəsi yazılıb.
 
“Son bir neçə gün ərzində bir nəfər bizimlə əlaqə saxlayaraq, reklam lövhələrinin yerləşdirilməsindən çox narahat olduğunu bildirdi. Onunla 62 dəqiqə ərzində danışdım və o hicab məsələsindəki səhv düşüncələrinin aradan getdiyini və nəticədə çox xoşbəxt olduğunu dedi”, - deyə Sadiq bildirib.
 

Google+ WhatsApp ok.ru